2007-ci ildən “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyə 41 mlrd. kubmetr qaz əldə edib. Bu barədə SOCAR şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bazar ertəsi məlumat verib.
“Bütövlükdə, 1 avqust tarixinə olan vəziyyətə görə, “Şahdəniz” yatağında ixraca başlanandan Türkiyəyə 41 mlrd. kubmetr Azərbaycan qazı, Gürcüstana 5,5 mlrd. kubmetr qaz ixrac olunub”, - deyə X.Yusifzadə vurğulayıb.
Onun sözlərinə görə, “Mərhələ-1” çərçivəsində Gürcüstana sutkada 1,6 mln. kubmetr qaz, Türkiyəyə 16,8 mln. kubmetr qaz ixrac edilir.
Vitse-prezident xatırladıb ki, 1 avqust tarixinə “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından 74 mlrd. kubmter qaz və 19 mln. ton kondensat hasil olunub.
O cümlədən, X.Yusifzadə vurğulayıb ki, “Mərhələ-2” çərçivəsində Avropaya Azərbaycan qazının tədarükü illik 10 mlrd. kubmetrdən başlanacaq, “lakin illik 20 mlrd. kubmetrə qədər nəzərdə tutulur”. **