Prezident İlham Əliyev Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobilyolunun tikintisinin başa çatdırılması məqsədilə 900 min manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında verilən məlumata görə, müvafiq sərəncam avqustun 29-da imzalanıb.
Qeyd olunan məbləğ Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən ayrılacaq.
Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu on min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.*
R.Babayev