Gürcüstanın baş naziri Georgi Kvirikaşvili yaxın günlərdə Azərbaycana rəsmi səfər etmək niyyətindədir. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.
Səfərlə bağlı razılıq xarici işlər naziri Elmar Məmmədyarovun Tbilisidə G.Kvirikaşvili ilə görüşündə əldə olunub.
"Bazar ertəsi baş tutan görüşdə E.Məmmədyarov və G.Kvirikaşvili iki ölkə arasında strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər", - deyə məlumatda bildirilir.*