“Azərsu” SC Yasamal rayonunun su təchizatına məhdudiyyətlər qoyub. Bu barədə cəmiyyətin elanında deyilir.
“Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 30 avqust 2016-cı il tarixində gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda bildirilir.*
N.Abbasova