Bakı Fond Birjası 2017-ci ilə qədər 6 şirkətin üzvlüyünü dayandırıb. Bu barədə BFB-dən məlumat verilib.
“Üzvlük Komissiyasının qərarı ilə “BROKDİL-AZ” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Xalq Kapital” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC-nin üzvlüyü 01 yanvar 2017-ci il tarixinədək sonuncu dəfə olaraq dayandırılıb”, - deyə məlumatda deyilir.
Bundan başqa, BFB-nin Komitənin qərarı ilə “Yapı Kredi İnvest” MMC-nin BFB-də üzvlüyünə onun öz xahişi ilə xitam verilib.
Hazırda BFB-nin “Kapital Menecment ASC”, “İnvest-AZ QSC”,“Az-Finans investisiya şirkəti QSC”, “Unicapital ASC”, “Paşa Kapital QSC” və “PSG-Kapital İŞ QSC” daxil olmaqla 6 üzvü var. **
N.Abbasova