“LUKOIL-Azerbaijan” QSC Bakının Səbail 15 saylı yanacaqdoldurma məntəqəsində (YDM) təmir-tikinti işlərinin aparılmasına dair tender elan edib. Bu barədə şirkətin elanında deyilir.
Tender iki lot üzrə keçiriləcək.
Lot-1-ə YDM-də tikinti-quraşdırma işləri; lot-2-yə 16 saylı YDM-də məlumat lövhəsinin hazırlanıb quraşdırılması, reklam işlərinin aparılması daxildir.
Şirkətlərdən tender təklifləri 30 sentyabr 2016-cı il tarixinə qədər qəbul olunur.
Tender prosedurunun keçiriləcəyi tarix əlavə olaraq elan ediləcək.
Hazırda“LUKOIL-Azerbaijan” QSC-nin Azərbaycanda 30-dan artıq YDM-dən ibarət şəbəkəsi var. Bundan başqa, şirkətfrançayzinq şərtləriəsasında daha 20-yə yaxın YDM-in istsmarını həyata keçirir. **
N.Abbasova