Bu gün İtaliyanın Azərbaycandakı səfirliyində İtaliyada baş verən zəlzələnin qurbanlarını yad etmək üçün xatirə kitabı açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
“Azərbaycan hadisədən dərhal sonra başsağlığı verib və biz göstərdiyi həmrəyliyə görə ölkənizə minnətdarıq. Biz indiyədək dostlarımızdan və ictimai təşkilatlardan başsağlığı məktubu almaqda davam edirik. Beynəlxalq birlik kömək təklif etsə də, öz gücümüz hesabına bunun öhdəsindən gələ biləcəyimizi bildirdik”, - deyə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilo qeyd edib.
O deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin İtaliyadakı nümayəndəliyi və digər xeyriyyə təşkilatları zəlzələ nəticəsində zərərçəkənlər üçün hesab açıb.
Azərbaycandakı diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıb, başsağlığı verirlər.*
F.İsazadə