SOCAR-a məxsus olan Kulevi neft terminalı 1200-cü tankeri yükləyərək yola salıb. Bu barədə limanın məlumatında deyilir.
«Terminal 2008-ci ilin may ayında istismara verilib. Bir aydan sonra terminalda ilk tanker yüklənərək yola salınıb. O vaxtdan liman ümumi infrastrukturunu istənilən şirkətin tələbatını təmin edə biləcək səviyyədə inkişaf etdirir. Terminalın gücü, eləcə də yük qəbulu, yüklənməsi və yola salınması üzrə əməliyyatların həcmi artıb», - deyə məlumatda qeyd olunur.
Terminal rəhbərliyi yüklərin boşaldılıb-yüklənmə həcminin artırılması istiqamətində işi davam etdirir.
SOCAR tərəfindən Kulevi terminalının alınması haqqında müqavilə 2006-cı il dekabrın sonunda imzalanıb. Terminalın bütün səhmləri SOCAR-a məxsusdur.
Terminal 2008-ci il may ayının 16-da istifadəyə verilib. Terminalın ilkin gücü 10 mln. ton (3 mln. ton neft, 3 mln. ton dizel yanacağı və 4 mln. ton mazut) təşkil edir, gələcəkdə bu göstərici 20 mln. tondan çox olacaq.*
N.Abbasova