Sentyabrın 3-də Çində keçiriləcək görüşdə Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan “Türk axını” qaz kəmərinin tikintisini müzakirə etməyi planlaşdırırlar. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Hançjouda görüş zamanı birgə strateji layhələrin icrası perspektivlərinin müzakirəsi nəzərdə tutulur - Türkiyədə ilk Atom Elektik Stansiyası “Akkuyu”nun tikintisi və Qara dənizin dibi ilə “Türk axını” qaz kəmərinin çəkilməsi”, - deyə o çərşənbə axşamı brifinqdə bildirib.
Y.Uşakov xatırladıb ki, avqustda Rusiya və Türkiyə liderlərinin tapşırığına əsasən iki ölkənin nazirlikləri və şirləktləri “bu məsələyə dair dialoqu aktivləşdirib”. **