Azərbaycanlı əsgərin düşmənin açdığı atəş nəticəsində həlak olması barədə məlumat həqiqətə uyğun deyil. Bu barədə Müdafiə Nazilriyinin bəyanatında deyilir.
“Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və hazırda araşdırma aparılır.
“Mətbuatda Silahlı Qüvvələr haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir”, - deyə nazirlik vurğulayır. **
N.Abbasova