Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.
Həmçinin nazir sentyabrın 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşünə qatılacaq.
E.Məmmədyarovun hər iki tədbirdə çıxışı və həm Almaniyada, həm də Slovakiyada bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. **
R.Babayev