"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qurban bayramına həsr olunmuş yeni payız aksiyasının başlaması barədə elan edir. Bu barədə şirkətin məlumatında deyilir.
Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə 2016-cı il sentyabrın 5-dən 30-na kimi hər iki istiqamətə aviabilet alarkən 20% endirim tətbiq ediləcək: London, Milan, Berlin, Paris, Praqa və Nyu-York.
Uçuş dövrü 15 sentyabr - 10 dekabr 2016-cı ildir.
Bundan başqa, Bakı-Tel-Əviv-Bakı istiqaməti üzrə uçuş dövrü sentyabrın 15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə 20% endirim tətbiq edilir.*
N.Abbasova