Azərbaycanda əhalinin sayı 2050-ci ildə 12 mln. nəfər təşkil edəcək. Əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümov bu cür proqnzola çıxış edib.
“Proqnoz hesablamalara əsasən Azərbaycanda əhalinin sayı 2050-ci ildə 12 mln. nəfər təşkil edəcək”, - deyə S.Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən “Məlumat mübadiləsi saatı”nın iclasında əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanmasına həsr olunan tədbirdə bildirib.
Nzir son illər ərzində ölkədə müsbət demoqrafik vəziyyətin mövcud olduğunu qeyd edib.
“2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18% artaraq 2016-cı il 1 iyul tarixinə 9755,5 min nəfərə çatıb”, - deyə S.Müslümov vurğulayıb.
Onun sözlərinə görə, 2015-ci ildə doğulanların sayı əhalinin hər 1 min nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 17,4 nəfərə qədər artıb. **
R.Babayev