Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əsrin son dörddə biri ərzində respublika əhalisinin yaşlaşma tendensiyasının müşahidə olunduğunu qeyd edir.
«2003-cü illə müqayisədə 65 yaş və yuxarı yaşda olan əhalinin sayı 20% artıb», - deyə S.Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələlərinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu təbəqənin xüsusi çəkisi 12 il ərzində 6 faizdən 6,2 faizə qalxıb.
“Eyni zamanda, 1990-cı illə müqayisədə bu yaşda olan əhalinin say artımı 67 faiz təşkil edib, xüsusi çəkisi isə 4,8 faizdən 6,2 faizə qədər yüksəlib”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində ölkədən miqrasiya axını öz intensivliyi ilə fərqlənirdi: “Sonrakı illərdə respublikada aparılan uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2008-ci ildən başlayaraq miqrasiya saldosu müsbətə doğru dəyişib və 2015-ci ildə +1,1 min nəfər təşkil edib”.*
R.Babayev