Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov respublikada uşaq ölümünün səviyyəsinin azaldığını qeyd edib.
“Ötən ilin yekunlarına görə isə körpə ölümü göstəricisi hər 1 min diri doğulana 11 təşkil edib”, - deyə S.Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanmasına həsr olunan tədbirdə bildirib.
“Əgər 2003-cü ildə hər 1 min diri doğulana 1 yaşa qədər ölən uşaqların sayı 15,5 və 5 yaşadək ölən uşaqların sayı 24,1 olubsa, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 10,8-ə və 12,9-a qədər azalıb”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bütövlükdə 2015 ildə ölənlərin sayı əhalinin hər 1 min nəfərinə hesabı ilə 2003-cü ildəki 6%-dən 5,7%ə enib. **
R.Babayev