Prezident İlham Əliyev tanınmış bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
«Azərbaycanın müasir musiqi mədəniyyətinin inkişafı və təbliğində Oqtay Zülfüqarovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra fəxri adlara, orden və medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeni ilə təltif edilmişdir», - deyə nekroloqda qeyd olunur.
«Tanınmış bəstəkar və mahir pedaqoq, səmimi insan Oqtay Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır», - deyə başsağlığında bildirilir.*
R.Babayev