Bakı turizm sahəsində Kişinyovla əməkdaşlığa çox böyük diqqət ayırır. Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
«Biz turizm sahəsində əməkdaşlığa böyük diqqət ayırırıq. Əminik ki, bu sahədə əlaqələrimiz genişlənəcək»,- deyə nazir avqustun 31-də Moldova Respublikasının müstəqilliyinin elan olunmasının 25 illik yubileyində bildirib.
O qeyd edib ki, 1992-ci ildə Azərbaycan və Moldova arasında iqtisadi, siyasi və mədəni əlaqələr qurulduqdan bu günədək tərəflər 50 müqavilə və saziş imzalayıblar.
Ə.Qarayev əlavə edib ki, Bakı və Kişinyov arasında mədəniyyət sahəsində əlaqələr özünəməxsus körpü rolunu oynayıb və hər iki ölkənin xalqları və mədəniyyətləri arasında əlaqələrin inkişafına təkan verib.*
F.İsazadə