SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Darvin bankası” yatağında qazılmış yeni quyunu istismara verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
766 nömrəli quyu 720 nömrəli özüldən qazılıb.
Quyuda sutkalıq 7 ton neft hasil olunur.
“Darvin bankası” yatağı 1950-ci ildən “Abşeronneft” NQÇİ tərəfindən işlənilir. Yatağın qalıq neft ehtiyatları 3 mln. ton təşkil edir. **
N.Abbasova