“Bank Silk Way” ASC bu gündən etibarənmilli valyutadan digər valyutalara bəzinağdsızkonvertasiya əməliyyatlarını dayandırıb. Bu barədə bankdan məlumat verilib.
“Sentyabrın 1-dən etibarən plastik kartların və cari hesabların sahibləri əməliyyatlarını yeniqayda əsasında apara bilərlər.Birincisi, plastik kart/cari hesab sahibi hesaba mədaxil edərkən kartın valyuta növündən asılı olaraq əməliyyatı həyata keçirə bilər. Yəni,plastik kart/cari hesab dollarda açılıbsa, yalnız dollarda mədaxil oluna bilər (digər valyutalarda həmçinin). Lakin manat kartları ilə xaricdə mal və ya xidmətlərin ödənilməsində heç bir problem olmayacaq. İkincisi, bank nağd dollar satışını da dayandırıb”, - deyə məlumatda vurğulanır.
“Bank Silk Way” ASC 2008-ci il yanvarın 25-dən fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir. **
A.Əzizov