“Azərbaycan” istilik elektrik stansiyası 2016-cı ilin yanvar-iyul aylarında 3,4 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” ASC-nin məlumatında bildirilir.
2016-cı ilin iyul ayında stansiyada 636,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
Gündəlik “Azərbaycan” İES-də 22-23 mln. kVt/saat elektrik enerjisi istehsal edilir.
ASC-dən həmçinin məlumat verilib ki, stansiyada avadanlıqlarda, qurğularda təmir işləri və profilaktiki yoxlamalar davam etdirilir. Müəssisədə yaz-yay sel sularının qəbulu və ötürülməsi uğurla başa çatdırılıb.
2015-ci ildə “Azərbaycan” İES 7 mlrd. 402,8 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
“Azərbaycan” İES-də hər birinin gücü 300 MVt olan 8 blok var. Azərbaycanda istehsal edilən elektrik enerjisinin böyük hissəsi bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir. **
N.Abbasova