2016-cı il avquatun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $4 mlrd. 192,5 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 16,7 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-avqust aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 16,4% azalıb.
Cari ilin avqust ayında AMB-nin valyuta ehtiyatları $29,6 mln. və ya 4% artıb.
Xəbər verildiyi kimi, 2015-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 2,7 dəfə azalıb. **
A.Əzizov