31 avqust 2016-cı il tarixinə Azərbaycanda pul bazasının həcmi 7 mlrd. 412,2 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
31 dekabr 2015-ci il tarixinə pul bazasının həcmi 6 mlrd. 901,8 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-avqust aylarında pul bazası 7,4% artıb.
Bununla belə, 2016-cı ilin avqust ayında pul bazası 3% və ya 225,9 mln. manat azalıb.
Ötən il pul bazası 40,2% azalıb.**
A.Əzizov