Prezident İlham Əliyev şahmatçılarımızın Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında uğurla çıxış edəcəyinə ümid edir.
“Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Mən sizə uğurlar arzulayıram. Siz müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirsiniz, yaxşı nəticələr göstərirsiniz.Bizim ümidlərimiz var ki, bu yarışda da siz doğma Vətəndə ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz”, - deyə dövlət başçısı Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşdə bildirib.
O vurğulayıb ki, kişilərdən ibarət komandamız iki dəfə Avropa çempionu olmuşdur. Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir.Bütün şəhər və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir.
Prezident İ.Əliyev sentyabrın 1-də 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.
Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.
11 turdan ibarət yarışlar sentyabrın 13-də başa çatacaq.*
R.Babayev