Yaxın zamanda Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) peşəkar mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzlərində “Check-up” müayinələrə başlanılacaq. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“6 dəqiqəyə 50 müxtəlif meyar üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək”, - deyə nazilrik qeyd edir. **
R.Babayev