Sentyabrın 11-də hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Qurban bayramı ərəfəsində sentyabrın 11-də saat hərbi hissələrdə “Açıq qapı” günü təşkil olunacaq, - deyə nazirlik qeyd edir.
Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
“Müxtəlif hərbi hissələrdə əsgər valideynləri və yaxınları ilə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək”, - deyə məlumatda vurğulanır. **
R.Babayev