Cümə günü müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycandakı səfiri Dan Stavla əməkdaşlıq məsələlərini müzakirə edib.
“Yavər Camalov və Dan Stav maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar”, - deyə nazirlik bildirir.
Nazir və diplomat Azərbaycan ilə İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdilər.
Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verdi.**
R.Babayev