SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-avqust aylarında 251 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Beləliklə, bu çoxmərtəbəli binalarda 8,205 min mənzilə qaz verilir”, - deyə məlumatda qeyd olunur.
2015-ci ildə “Azəriqaz” İB 501 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb.
“Azəriqaz” zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən çoxmərtəbəli binalara təbii qazın verilməsini təmin edir.**
N.Abbasova