Avropa İttifaqı (Aİ) "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində dövlətbaytarlıqnəzarəti xidmətinə dəstək" adlı "Tvinninq" layihəsinin maliyyələşdirilməsinə 1,02 mln. avro ayırıb. Bu barədə Aİ-nin Bakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.
"Tvinninq" layihəsinin əsas məqsədi Azərbaycanda heyvan və insan sağlamlığını qorumaq, Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməklə Xidmətin imkanlarını genişləndirməkdən ibarətdir.
Kənd Təsərrüfatı Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə reallaşan layihə 2018-ci il mayın 18-də başa çatacaq.
Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Malena Mard qeyd edib ki, layihə Azərbaycan və Aİ arasında uğurlu əməkdaşlığa töhfə verəcək.*
R.Babayev