Sentyabrın 3-də prezident İlham Əliyev Salyan şəhərinDə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
O, həmçinin Salyan rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında da iştirak edib.
Bundan başqa, dövlət başçısı Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 23,4 kilometrlik (31-ci kilometrdən 54,4-cü kilometrədək) hissəsinin, eləcə də Salyanın Babazanan yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpünün açılışında iştirak edib.
İ.Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında da iştirak edib.*
R.Babayev, A.Əzizov