SOCAR hazırda “Qazprom” ilə qazın alınması barədə danışıqlar aparmır. Bu barədə bu gün jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.
"Biz hazırda “Qazprom” ilə qazın alınması barədə danışıqlar aparmırıq", - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
R.Abdullayevin sözlərinə görə, SOCAR əvvəllər “Qazprom”dan qazı ala biləcəyi şərtlər əsasında təkliflər irəli sürmüşdü. "Biz qazı daha əvvəl irəli sürdüyümüz şərtlər əsasında almağa hazırıq. Ancaq hazırda Rusiya tərəfi ilə heç bir danışıqlar aparmırıq", - deyə o əlavə edib.
Qeyd edək ki, Rusiya mətbuatı "Qazprom və SOCAR-ın Azərbaycana illik 3-5 mlrd. kubmetr qazın nəqli ilə bağlı danışıqlar aparması barədə məlumat yayıb.*
N.Abbasova