Los Ancelesdə “Azərbaycan Kinosu Gecəsi” layihəsinə start verilib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 2-də Elçin Musaoğlunun ssenarisi və rejissorluğu əsasında 2009-cu ildə çəkilmiş, bir neçə beynəlxalq mükafata layiq görülmüş “40-cı qapı” filmi nümayiş etdirilib.
Tədbirin açılışında çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-da, xüsusilə də Kaliforniya ştatında Azərbaycanın daha da tanıdılmasının yüksək önəm daşıdığını qeyd edərək, ölkəmizin xarici ölkələrdə təbliğində Azərbaycan kinematoqrafiyasının daim xüsusi rol oynadığını diqqətə çatıdırıb. N.Ağayev qeyd edib ki, məhz bu baxımdan Azərbaycan icması ilə birgə başladılan bu yeni layihəyə Baş Konsulluq dəstəyini davam etdirəcək.
Daha sonra Los Ancelesdəki Azərbaycan icması fəallarından Kimiya Məmmədova çıxış edib. O qeyd edib ki, bu tədbirin keçirilməsində əsas məqsəd milli kinematoqrafiyamızın klassik və yeni nümunələri barədə təbliğatın aparılmasıdır.*
R.Babayev