SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-avqust aylarında qazma işlərinin həcmini ötən ilin göstəricisi ilə müqayisədə 0,4% - 74,248 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Bununla yanaşı, qazma işlərinin ümumi həcmində 72,948 min metr istismar, 1,3 min metr kəşfiyyat qazma işlərinin payına düşüb.
Cari ilin avqust ayında SOCAR üzrə qazma işlərinin həcmi 12,567 min metr təşkil edib, bunun 12,484 min metri istismar, qalan həcm kəşfiyyat qazma işlərinin payına düşüb.
Yanvar-avqust aylarında şirkətin qazma idarələri tərəfindən 39, o cümlədən avqustda 4 yeni quyu istismara verilib.
2015-ci ildə SOCAR üzrə qazma işlərinin həcmi 104,411 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 1000 metr, kəşfiyyat qazma işlərinin həcmi 103,725 min metr təşkil edib.*
N.Abbasova