Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 6-da 11-ci depozit hərracında 15 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank bu hərracda 50 mln. manat cəlb etməyi planlaşdırmışdı. 15 mln. manat məbləğində vəsait 28 gün müddətinə cəlb edilib. Orta ölçülmüş faiz dərəcəsi 9,49% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-avqust aylarında keçirilmiş 11 hərracda bank 1 ay müddətinə 461 mln. manat cəlb edib.*
N.Abbasova