Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd
Seyidov AŞPA-nın Prezidentlər Komitəsinin Rusiya Dövlət Dumasında keçirəcəyi görüşlərdə iştirak etmək üçün sentyabrın 6-dan 9-dək Moskvada səfərdə olacaq.Bu barədə parlamentin mətbuat xidmətinin məlumatında deyilir.
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin iştirakı ilə keçiriləcək görüşlərdə AŞPA Rusiya münasibətlərinin gələcəyi, əməkdaşlığın hərtərəfli bərpa olunmasının mümkün yolları barədə müzakirələr aparılacaq.*
R.Babayev