“Bank Silk Way” "Gold" və "Platinum" plastik kartlarından ATM vasitəsilə nağd vəsaitin çıxarılması üçün gündəlik limit təyin edib. Bu barədə bankın məlumatında deyilir.
"Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bank əməliyyatları üzrə risklərin minimum səviyyəyə endirilməsi məqsədi ilə "Gold" və "Platinum" plastik kartlarından ATM vasitəsilə nağd vəsaitin çıxarılmasının gündəlik limiti 4000 AZN/USD/AVRO məbləğində təyin edilib", - deyə məlumatda bildirilir.
Vurğulanır ki, 4000 AZN/USD/AVRO məbləğindən artıq vəsaitin çıxarılması üçün bankın baş ofis, filial və şöbəsinə yaxınlaşmaq lazımdır.
“Bank Silk Way” ASC 2008-ci il yanvarın 25-dən fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.*
N.Abbasova