60 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Nizami rayonunda körpüyə çırpılıb. Nəticədə avtobusda olan sərnişinlərdən 8 nəfəri xəsarət alıb.
«Qəza zamanı xəsarət alan vətəndaşlar müayinə edilib. Onlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İki nəfər xəstəxanadadır», - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, zərərçəkənlər 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
KİV-in məlumatına görə, qəzanın baş verməsinə səbəb kimi avtobusun əyləc sisteminin sıradan çıxması göstərilir.*
R.Babayev