Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 mln. manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında verilən məlumata görə, müvafiq sərəncam sentyabrın 6-da imzalanıb.
Vəsait Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundanayrılacaq.*
N.Abbasova