İsrailin baş naziri Benyamin Netanyahu oktyabrda Azərbaycana səfər etməyi planlaşdırır.
"Oktyabrda B.Netanyahu Qazaxıstana səfəri çərçivəsində Azərbaycana gəlməyi planlaşdırır", - deyə İsrailin NRG nəşri yazır.
Nəşrin məlumatına görə, son zamanlar İsrail müsəlman dövlətlərinə, xüsusilə də əhalisinin əksəriyyətini şiələrin təşkil etdiyi ölkələrə daha çox maraq göstərir və buna görə də Bakı ilə əlaqələri daha da möhkəmləndirməkdə maraqlıdır.*
A.Əzizov