Prezident İlham Əliyev sentyabrın 7-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“DP World” (Dubai Port World) dünyanın ən iri liman operatorlarından biridir.*
Görüşdə Sultan Əhməd bin Sulaim bu gün Bakıda “DP World” şirkətlər qrupu ilə Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli iqtisadi zona ilə bağlı müqavilənin imzalanacağını bildirib.
Onun sözlərinə görə, bu zonanın yaradılması Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə kömək edəcək.
“DP World” şirkətlər qrupu ilə imzalanacaq bugünkü müqavilənin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyən prezident İ.Əliyev başlanacaq yeni layihənin əlavə iş yerlərinin açılması və ümumi daxili məhsulun artması sahələrində yeni imkanlar yaradacağına ümidvar olduğunu deyib.*
A.Əzizov