İranın Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə son aylarda Azərbaycan-İran münasibətlərinin fəal inkişaf etdiyini qeyd edir.
"İran və Azərbaycan arasında münasibətlər gündən-günə möhkəmlənir. Son 7 ay ərzində prezidentlərimiz üç dəfə görüşüblər. Bu görüşlər zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı mühüm sazişlər imzalanıb", - deyə M.İ.Nağızadə bu gün mətbuat konfransında qeyd edib.
O, həmçinin iqtisadi sahədə də ikitərəfli əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.
"Biz iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı üzərində fəal işləyirik. Məqsədimiz bu əməkdaşlığı daha da dərinləşdirməkdir", - deyə ticarət attaşesi deyib.
Onun sözlərinə görə, Qərb İran üzərindən sanksiyaları götürdükdən sonra Tehran müxtəlif ölkələrlə, o cümlədən region dövlətləri ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir.
"Biz Azərbaycanla bütün sahələrdə, xüsusilə ticarət və istehsal, tranzit, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığı inkişaf etdiririk. Kənd təsərrüfatı əlaqələrinin inkişafına xüsusi diqqət ayrılır", - deyə M.İ.Nağızadə vurğulayıb.*
R.Babayev