2016-cı ilin noyabr ayında iqtisadi, ticarətvətexniki əməkdaşlıq üzrə növbəti iclası keçiriləcək. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
"Cari ilin noyabr ayında BƏƏ-də hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək", - deyə Ş.Mustafayev bu gün Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması üçün konsaltinq xidmətlərinin göstərilməsinə dair sazişin imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, iclasda Ələtdə azad ticarət zonasının yaradılması məsələsi də müzakirə olunacaq.
"7 ay ərzində BƏƏ ilə Azərbaycan arasında ticarət dövriyyəsi 40% artıb və bu, çox yaxşı göstəricidir”, - deyə nazir əlavə edib.
İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri hökumətlərarası komissiyasının 5-ci iclası 2014-cü il noyabrın 17-də Bakıda keçirilib.*
A.Əzizov