“Azərbaycan Dəmir Yolları" (ADY) QSC 2017-ci ilin sonunadək Bakı-Gəncə sürət qatarını işə salmağı planlaşdırır. Bu barədə bu gün jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
“2017-ci ilin sonunadək Bakı-Gəncə sürət qatarının istifadəyə verilməsi planlaşdırılır. Bakı-Gəncə istiqaməti üzrə qatarların sürəti saatda 100-140 kilometr təşkil edəcək”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, istifadəyə veriləcək sürətli qatarlarda qiymət təqribən 15 manat olacaq.
“Sərnişinlər qatarlarda Wi-Fi sistemindən istifadə edə biləcəklər. Bakıdan Gəncəyə olan məsafəni bu qatarlarla 3,5 saata çatmaq mümkün olacaq”, - deyə C.Qurbanov əlavə edib.*
A.Əzizov