Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin strukturunda Magistratura şöbəsi yaradılıb.
Bu qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər Akademiyada aparılan geniş islahatlara toxunub.
Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov Magistratura şöbəsinin rəisi vəzifəsinə təyin olunub.*
R.Babayev