Prezident İlham Əliyev sentyabrın 7-də “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında” sazişi təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sənəd 2016-cı il iyulun 15-də Bakı şəhərində imzalanıb.
Prezident İ.Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan İslam Respublikasının Maliyyə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında 2016-cı il iyulun 12-də Kabil şəhərində imzalanmış sazişi də təsdiq edib.
Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında 2016-cı il iyunun 20-də Düşənbə şəhərində imzalanmış saziş də təsdiq edilib.*
R.Babayev