Prezidentİlham Əliyev sentyabrın 7-də Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən Salyan şəhərində 1,2 min şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə 3 mln. manat ayrılıb.*
R.Babayev