Vergilər Nazirliyi 2016-cı ilin yanvar-avqust aylarında 75,806 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
2015-ci ilin yanvar-avqust aylarında Vergilər Nazirliyində 52,897 min vergi ödəyicisi qeydiyyatdan keçib. Beləliklə, cari ilin 8 ayı ərzində qeydiyyata alınan vergi ödəyicilərinin sayı 43,3% artıb.
Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 1-2 gün ərzində həyata keçirilir.
Ötən il 76,877 min vergi ödəyicisi qeydiyyata alınıb.*
A.Əzizov