BMT-nin xüsusi məruzəçisi Mişel Forst insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaq üçün 2016-cı ilin 14-22 sentyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. Bu barədə təşkilatın Bakı ofisindən verilən məlumatda deyilir.
"M.Forst 14-22 sentyabr tarixlərində insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaq üçün Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində o, Azərbaycanda vətəndaş cəmiyyətinin üzləşdiyi problemlərlə tanış olacaq”, - deyə məlumatda bildirilir.
Səfər Azərbaycan hökumətinin dəvəti ilə həyata keçiriləcək.
"Bu səfər mənə Azərbaycanda insan hüquqlarının necə qorunduğunu qiymətləndirməyə imkan verəcək. Hüquq müdafiəçilərinin fəaliyyətini və demokratiyanı gücləndirmək üçün əlverişli şəraitin yaradılması məqsədilə konstruktiv müzakirələrin aparılacağını gözləyirəm", - deyə M.Forst qeyd edib.
Xüsusi məruzəçinin yekun hesabatı2017-ci ilin mart ayındaBMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaq.*
A.Əzizov