2016-cı ilin 7 ayı ərzində “Petkim Petrokimya Holding”in inkişafına $87 mln. sərmayə qoyulub. Bu baərə İzmirdə azərbaycanlı jurnalistlərə kompleksin baş icraçı direktoru Anar Məmmədov məlumat verib.
"Cari ilin yanvar-iyul aylarında şirkət EBITA və ümumi gəlirlər üzrə rekord göstəricilərə çatıb. 7 ay ərzində kompleksin inkişafına ümumi sərmayə qoyuluşları ötən ilin müvafiq dövründə qeydə alınmış $57 mln.-a qarşı $87 mln. (artım 52,6% - İF-Az) təşkil edib", - deyə A.Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
O izah edib ki, bu il həmin vəsaitlər əsasən külək elektrik stansiyasının tikintisinə və “Petkim” və STAR neft emalı zavodu arasında inteqrasiya işlərinə yönəldilib.
"Bu məqsədlə biz investisiya qoyuluşlarını 2016-cı ilin sonunadək davam etdirəcəyik. İndi dəqiq rəqəm deyə bilmərəm, lakin investisiyaların əsas hissəsi 7 ay ərzində yatırılıb", - deyə baş icraçı direktor vurğulayıb.
O, həmçinin deyib ki, hazırda “Petkim”in kapitallaşma dəyəri $2,3 mlrd. təşkil edir.*
N.Abbasova