Azərbaycan Dövlət Neft Fondu (ARDNF) sentyabrın 8-də hərracda banklara $200 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
“ARDNF Mərkəzi Bankın (AMB) keçirdiyi valyuta hərracında iştirak edib. Hərraca çıxarılmış $200 mln. məbləğində vəsait 22 banka satılıb”, - deyə məlumatda qeyd olunur.
Fond sentyabr ayında keçirilən valyuta hərraclarında ümumilikdə $300 mln. satıb.*
A.Əzizov