Azərbaycanın sülhməramlı əməliyyatlarda fəaliyyəti yüksək qiymətləndirilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Azərbaycanın müdafiə naziri general-polkovnikZakir Həsənov sentyabrın 8-də Lordlar Palatasında müdafiə üzrə dövlət naziri, Lordlar Palatasının sədr müavini Örl Hou ilə görüşüb. Görüşdə Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib, BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizin bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Z.Həsənov Londonda BMT-nin Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin görüşündə iştirak edir.*
R.Babayev